Almanların həsədlə baxdığı hücumçumuz - FOTO
28.08.2012 - 08:51
Almanların həsədlə baxdığı hücumçumuz - FOTO
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan – Almaniya matçının bombardiri məlum olub. Apasport.az saytının məlumatına görə, millimizin 68:85 hesabı ilə uduzduğu qarşılaşmanın qəhrəmanı Çarlz Devis olub.

Amerikalı legionerimiz komandamıza 31 xal qazandırıb. Elxan Əliyevin digər yetirmələrindən Orxan Aydın 11, Zaur Paşayev, Fuad Niftəliyev, Aleksandr Rındin hərəyə 8 və Rasim Başak 2 xala sevinib.

Rəqibin heyətində isə Lukki Stayqer daha dəqiq olub. Amma o, hücumçumuz Devisin göstəricisinin yarısından da az xal toplayıb – 15 xal.