Engin Kennerman Bakıya gəlir
29.08.2012 - 09:46
Engin Kennerman Bakıya gəlir
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan - Lüksemburq oyununu idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, avqustun 30-da “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq matçda əsas referi Engin Kennerman (Türkiyə) olacaq.

Ona köməkliyi İqor Demenkovla (Rusiya) Sergey Tislenko (Moldova) edəcəklər. Görüşün komissarı isə Boris Zelinger (İsrail) təyin edilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.