Bizim bombardir
31.08.2012 - 11:30
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan – Lüksemburq matçının ən yaxşısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamızın 95:77 hesabı ilə qələbə qazandığı görüşdə bombardir adına yenə Ceysi Karroll layiq görülüb.
Amerikalı legionerimiz komandamıza 26 xal qazandırıb. Millimizin perspektivli basketbolçularından Orxan Aydın Ceysidən 1 xal az toplayıb. Onlardan əlavə, Aleksnadr Rındin 18, Fuad Niftəliyev 13, Rasim Başak 8 və Zaur Paşayev 5 xala sevinib.
Rəqibin heyətində isə Sami Riçardla Martin Rajniak daha məhsuldar olublar. Onlar hərəsi “çırtdan ölkə”yə 15 xal qazandırıblar.

0
0