Tarixi şans öz əlimizdə
04.09.2012 - 17:30
Tarixi  şans öz əlimizdə
Sabah kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son ev oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri “Sərhədçi” Olimpiya Mərkəzində İsveç yığmasını qəbul edəcək.

Bu matç komandamız üçün xüsusi əhəmiyyət daşıyır. Çünki son 2 ildə bu rəqibə 3 dəfə uduzan basketbolçularımız tilsimi qıra bilməsələr, işlərini çətinə salacaqlar. Yəni növbəti xal itkisi yığmamız üçün növbəti mərhələ arzusunun üstündən böyük ehtimalla xətt çəkəcək.

Belə ki, qaydalara əsasən qrupda ilk 2 yerin sahibi və 4 ən yaxşı 3-cü yeri tutacaq yığma pley-offa yüksələcək. Azərbaycan isə İsveçə uduzacağı halda, son turda Almaniya basketbolçuları ilə qarşılaşacaqlar ki, onları da udmaq inandırıcı deyil. Nəticədə İsveç bizi qabaqlayacaq və bolqarların da Lüksemburqla görüşləri qaldığından qalib gələcəkləri sözsüzdür. Bunun üçün Elxan Əliyevin yetirmələri öz arzularını sabahkı oyunda həll etməlidirlər.

20:00. Azərbaycan – Lüksemburq
22:15. Almaniya Bolqarıstan

1.

Almaniya

5

5

0

444-324

10

2.

Bolqarıstan

6

3

3

480-473

9

3.

Azərbaycan

6

3

3

508-503

9

4.

İseç

5

3

2

431-383

8

5.

Lüksemburq

6

0

6

417-597

6


Qeyd edək ki, Azərbaycan basketbolçuları tarixdə ilk dəfə Avropa çempionatının seçmə mərhələsinə qatılırlar.