“Əgər bu baş versə, “Rabitə” ilə rəqabətdə çətinlik çəkməyəcəyik” - MÜSAHİBƏ
10.09.2012 - 12:51
“Azərreyl”in voleybolçusu Sara Anzanello İtaliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasında ikinci mövsümünü keçirəcək 32 yaşlı dünya çempionu ötən mövsümü dəyərləndirib və yeni il üçün hədəflərindən danışıb.
- Azərbaycan Super Liqasının başlamasına az qalıb. Ölkə xaricində ilk mövsümünüz necə keçdi?
- Bəli, mən legioner kimi ilk dəfə ötən il “Azərreyl”də çıxış etdim. Pis keçmədi, amma hər şey daha da yaxşı ola bilərdi. Düzünü desəm, komandamın bəxti bir az gətirmədi. Biz “Dördlər finalı”nın astanasında büdrədik. Buna səbəb isə zədələr oldu. Ancaq şəxsi baxımdan hər şey çox əla alındı. Mən özüm üçün bir sıra kəşflər etdim, qeyri-adi hisslər keçirdim. Həmçinin də inkişaf üçün yaxşı təkan oldu.
- A seriya ilə Super Liqa arasında nə fərq görürsüz? İtaliya çempionatından getməyə dəyərdimi?
- Bu yarışlar çox fərqlidir. Əsas fərq ondan ibarətdir ki, bütün çempionat Bakıda keçirilir və heç yerə getməyə ehtiyac yoxdur. Super Liqada 7 klub mübarizə aparır ki, onlardan 3-ü çox yüksək səviyyədədir. Azərbaycan voleybolunu klassik rus məktəbi hesab etmək olar. Əvvəlcə mənə çox çətin gəldi. Çünki İtaliyada daha çox məşq edir, saatlarla hazırlıq keçir və qarşılaşmadan öncə rəqibin oyunlarını izləyirik. Ancaq Bakıda daha çox idmançının öz gücünə üstünlük verilir.
- İndi siz daha çox hansı oyun tərzinə üstünlük verirsiz?
- İtaliya məktəbinin yetirməsiyəm. Ancaq deyə bilər ki, Azərbaycanda da çox şey öyrəndim və bundan çox razıyam.
- Bəs komandadakı mühit necədir?
- Çox yaxşı. Komandamızda bir neçə ölkənin təmsilçiləri cəmləşib və biz mehriban ailəyik. Mövsümün əvvəlindən ümumi dil tapdıq və bu meydanda bir-birimizi başa düşməyimiz üçün çox vacibdir.
- Yeni ölkə, yeni dil. Maraqlı hadisələr olmamış deyil...
- Bəli, olub. Ən maraqlı hadisə elə mən Bakıya yeni gəldiyim zaman baş verdi. Bundan sonra isə belə hadisələr bir-birini əvəz etdi.
- Azərbaycandakı mədəniyyət də tam fərqlidir...
- Yeni mədəniyyətdən zövq almaq lazımdır, çox maraqlıdır. Məsələn, onlar üçün cəmiyyət arasında burununu silmək olmaz. Mən isə hər setin sonunda bunu edirdim, tüpürürdüm. Onlar mənə dedilər ki, bunu yığışdırmaq lazımdır.
- Bakıda ilk ilinizdə vətən üçün hansı anlarda darıxırdız?
- Mən hər kəslə ana dilimizdə danışmaq istəyəndə. Amma orada mümkün deyildi, insanlardan hara getmək lazım olduğunu soruşmaq belə çətin olurdu. İtaliya dilini bilmirlər. Buna baxmayaraq, 1 il içərisində buna öyrəşmişəm. Ancaq mövsümün əvvəlində bu əsl faciə idi. Mənim orada avtomobilim yoxdur. Bunun üçün taksi ilə hərəkət etməyə məcbur idim. Lakin sürücüyə hara gedəcəyini deyə bilmirsənsə, necə onu başa salasan? Orada ilk olaraq, öyrəndiyim sözlər – “düz”, “sağ” və “sol” oldu.
- Azərbaycanın nemətlərindən hansını fərqləndirərdiz?
- Oranın bütün nemətləri keyfiyyətləri ilə fərqlənirlər. Gözəl arı balları olur. Yadımdadır, mən birinci dəfə supermarketə getdim. Xoşuma gələn qabdakı malı götürüb baxırdım, satıcı isə məni izləyirdi. Bu zaman düşündüm ki, o məni oğru hesab edib, ardımca gəlir. Ancaq orada tam fərqlidir. Sonradan bildim ki, ardımca gəlirsə, mənə hansısa köməkliyi etmək istəyir. Ümumiyyətcə, Azərbaycan çox maraqlıdır. Məsələn, avtobuslara harada əl etsəz, saxlayırlar.
- Yeni mövsüm barədə nə deyə bilərsiz? Hədəfinizi açıqlaya bilərsizmi?
- Çox çətin mövsüm olacaq. İlə yeni baş məşqçimiz Alessandro Çiappininin rəhbərliyi altında hazırlaşacağıq. Bilirəm ki, əvvəlkindən ən azı 3 dəfə çox işləyəcəyik. Əgər bu baş versə, Marçello Abbondanzanın çalışdıracağı “Rabitə” ilə rəqabətdə heç bir çətinlik çəkməyəcəyik. Mən bu mütəxəssislə yaxşı münasibətlərə də malikəm. Çünki “Villa Kortese”də birgə işləmişik.

0
0