“Bakıda kuboka bir qədər də yaxınlaşdıq”
14.12.2012 - 10:47
“Omiçka”nın voleybolçusu Viktoriya Kuzyakina CEV kubokunun 1/4 final mərhələsinin “Bakı-Azəryol”la cavab oyununa münasibət bildirib. Apasport.az-ın Rusiya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komandasının liberosu 3:1 hesabı ilə qalib gəlmələrində səhvsiz oynamalarını önə çəkib.
O bildirib ki, CEV kubokuna Bakıda bir qədər də yaxınlaşıblar: “Biz qələbə qazandıq. Çünki baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyi bacardıq. Topu oyuna əla daxil etdik, qəbulda səhvsiz oynadıq və hücumda effektli olduq. CEV kubokuna bir qədər də yaxınlaşdıq. İndi bu uğura nail olmaq üçün çalışacağıq”.

0
0