“Fənərbaxça” Natalya Məmmədovanı gözləyir
13.02.2013 - 09:31
Qadın voleybolçular arasından CEV kubokunun ilk finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Uraloçka” klubunu məğlub edən Türkiyə “Fənərbaxça”sı həlledici oyunda rəqibini gözləyir.
Belə ki, evdə 3:0 hesabı ilə qalib gələn İstanbul təmsilçisi səfərdə də eyni hesabla uduzub. Nəticədə cütün güclüsü “Qızıl set”də müəyyənləşib. “Lotereya”da isə “Fənərbaxça” sevinib – 15:11.
Qeyd edək ki, türklər finalda “Bank Fakro” (Polşa) – “Omiçka” (Rusiya) cütünün qalibi ilə oynayacaqlar. Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi mərhələ adlamaq üçün bu gün keçiriləcək matçda öncə evdəki 2:3 hesablı məğlubiyyətin əvəzini çıxmalı, ardınca “Qızıl set”i qazanmalıdır.

0
0