Hamı yerində qaldı - YENİLƏNİB
18.02.2013 - 20:08
Hamı yerində qaldı - YENİLƏNİB
Azərbaycan Super Liqasında Çempionlar Liqasının 1/3 final mərhələsinin oyunları ilə bağlı yaranmış fasilə bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutan XIV turda “İqtisadçı” istirahət edib, digər liderlər ikinci komandaları ilə oynayıblar.

Bu səbəbdən də turun mərkəzi görüşü “Bakı-Azəryol” – “Azərreyl” arasında olub. Cütün aşkar favoriti olan “dəmiryolçular” asan qələbə qazanmaqla, Çempionlar Liqasındakı məğlubiyyətin əvəzini rəqibindən çıxıblar. Belə ki, ilk set Alessandro Çiappinin yetirmələrinin üstünlüyü şəraitində keçib. Onlar bunun nəticəsi olaraq, yekunda hissəni 9 xal irəlidə bitiriblər.

Lakin növbəti setdə “Azərreyl” “Bakı-Azəryol”un ciddi müqaviməti ilə üzləşib. Aleksandr Çervyakovun komandası hətta hissənin sonlarına kimi hesabda öndə olub. Lakin “Azərreyl” oyununda dönüş yaradaraq, sonda hesabı bərabərləşdirib (22:22) və qalib gəlib – 27:25.

Üçüncü hissə də gərgin keçib. Amma bu dəfə də təcrübə öz sözünü deyib. “Bakı-Azəryol” çox çalışsa da, “quru hesablı” məğlubiyyətdən qaça bilməyib – 0:3.

*****

Turun ilk qarşılaşmasında “Lokomotiv” “Lokomotiv Biləcəri”ni sınağa çəkib. Burada da əsas komanda gözlənilən 3 xalı asanlıqla bayram edib. Ümidini yalnız ölkə çempionatına bağlayan Cuzeppe Kuçarininin komandası 3 hissədə rəqibinə cəmi 47 xal güzəştə gedib.

*****

Günə “Rabitə” – “Telekom” matçı ilə yekun vurulub. Hesabat turunda vahid liderliyə yüksələn Azərbaycan çempionu bu dəfə də rahatlıqla qalib gəlib. Onlar hər 3 setdə gənclərdən qurulmuş debütant üzərində inamlı qələbə qazanıblar.

*****

Beləliklə, XIV turda liderlər qalib gəldiklərindən turnir cədvəlində hansısa dəyişiklik olmayıb. “İqtisadçı”, “Azərreyl” və “Lokomotiv”dən fərqli, digər klublar II dövrədəki oyunlarını yekunlaşdırıblar. “Rabitə” təxirə salınmış qarşılaşmaların nəticəsindən asılı olmayaraq, III dövrəyə lider kimi başlayacaq.


XIV tur
“LOKOMOTİV” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:16, 25:16; 25:15)
İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” – “LOKOMOTİV” - 0:3 (18:25, 20:25, 17:25)

“BAKI-AZƏRYOL” – “AZƏRREYL” - 0:3 (16:25; 27:29; 23:25)
İlk oyun: “AZƏRREYL” – “BAKI-AZƏRYOL” - 3:0 (25:17, 25:18, 30:28)

“RABİTƏ” – “TELEKOM” - 3:0 (25:16, 25:14, 25:12)
İlk oyun: “TELEKOM” – “RABİTƏ” - 0:3 (15:25, 18:25, 18:25)


1
Rabitə
12
10
2
33-11
1079-883
31
2
İqtisadçı
11
9
2
30-12
989-839
26
3
Azərreyl
10
8
2
25-8
822-672
24
4
Lokomotiv
11
6
5
24-17
921-847
19
5
Bakı-Azəryol
12
5
7
19-24
946-974
14
6
Telekom
12
2
10
6-30
657-865
6
7
Lokomotiv Biləcəri
12
0
12
1-36
589-923
0


Qeyd edək ki, bu, II dövrənin son turu olsa da, təxirə salınmış oyunlar olduğundan hələ dövrənin başa çatmasına 2 qarşılaşma qalıb.