“Çelsi” kuboka yenə iddialıdır
28.02.2013 - 05:00
“Çelsi” kuboka yenə iddialıdır
İngiltərə Federasiya Kubokunda (FK) 1/8 final mərhələsinin oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Çelsi” səfərdə aşağı liqa təmsilçisi “Midlesbrouq”la qarşılaşıb.

Görüş “zadəganlar”ın inamlı qələbəsi ilə nəticələnib. Fasiləyə qədər hesabı aça bilməyən “Çelsi” ikinci yarıda meydan sahiblərini 2 dəfə mərkəzdən başlamağa məcbur edib.

Beləliklə, “Midlesbrouq”u 0:2 hesabı ilə məğlub edən “Çelsi” növbəti mərhələyə keçib.

Qeyd edək ki, İngiltərə Federasiya Kubokunun son qalibi olan “Çelsi” bu turnirə 7 dəfə sahib olub.


İngiltərə Federasiya Kuboku

1/8 final mərhələsi

27 fevral

“Midlesbrouq” - “Çelsi” - 0:2
Ramires, 51, Moses, 73
0