Yığmamız iyunda sonuncu rəqibini tanıyacaq
10.04.2013 - 12:04
Yığmamız iyunda sonuncu rəqibini tanıyacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində sonuncu rəqibinin müəyyənləşəcəyi vaxt məlum olub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin qrup mərhələsindəki rəqibi iyunun 6-da bilinəcək.

Buna Belarus – Slovakiya oyunundan sonra aydınlıq gələcək. İyunun birində ilk oyununa çıxacaq komandalar 5 gün sonra cavab matçını keçirəcəklər.

Qeyd edək ki, C qrupunda millimizlə yanaşı, Rusiya və Xorvatiya da bu cütün güclüsünü gözləyir.