Kim rəsmən Bakı klubunda!
14.05.2013 - 10:30
Yeni mövsüm üçün qarşısına güclü kollektiv yaratmağı məqsəd qoyan “Lokomotiv” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, argentinalı Kladio Kuellonu baş məşqçi postuna gətirən “dəmiryolçular” Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimlə razılığa gəliblər.
32 yaşlı asiyalı ötən mövsüm Diana Nenovanı göndərdikdən sonra komandada “axsayan” toppaylayıcı mövqeyindəki boşluğu dolduracaq. Onunla 1 illik müqavilə imzalanıb. 180 sm boya malik oyunçu özünü yaxşı tərəfdən göstərərsə, anlaşmanın müddətinin uzadılması istisna deyil. Millidə 172 matça çıxan Kim son mövsümü vətənində “Heunqkuk” klubunda keçirib.
Qeyd edək ki, “Lokomotiv” cənubi koreyalıdan öncə Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb.

0
0