Ana olmağı karyerasından üstün tutdu
17.05.2013 - 09:05
“Lokomotiv” Almaniya millisinin ulduz voleybolçusu Korina Suşke ilə müqaviləni yeniləməyəcək. Apasport.az saytının məlumatına görə, buna tərəflərin razılığa gələ bilməməsi deyil, 30 yaşlı hücumçunun şəxsi həyatı ilə bağlı qərarı səbəb olub.
Belə ki, Azərbaycanda titul qazana bilməyən Suşke ən azı yeni mövsümü boşa verəcək. Müəyyən müddət öncə ailə həyatı quran voleybolçu ana olmaq arzusunu açıqlayıb. Bunun üçün də Korinanın karyerasında fasilə yaranacaq.
Qeyd edək ki, oyunçu “Lokomotiv”ə ötən il gəlmişdi.

0
0