Azərbaycan çempionatından Hollandiya ilə oyuna çağırıldılar
17.05.2013 - 10:55
Azərbaycan çempionatından Hollandiya ilə oyuna çağırıldılar
Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Zoran Terziç dünya Qran-prisində güvənəcəyi 20 oyunçunu müəyyənləşdirib.

Rusiyanın “Omiçka” klubunu da çalışdıran mütəxəssis heyətə Azərbaycan Super Liqasından 2 voleybolçu da cəlb edib. Bunlar “Rabitə”nin aparıcı üzvü Nataşa Krsmanoviç və “Lokomotiv”in yeni liberosu Suzana Sebiçdir.

Qeyd edək ki, avqustun 9-11-də Qran-prinin Belqradda keçiriləcək qrup mərhələsində Serbiya ABŞ, Hollandiya və Əlcəzairlə gücünü yoxlayacaq.