“Rabitə”də yeni imza - FOTO
17.05.2013 - 14:16
“Rabitə”də yeni imza - FOTO
“Rabitə” daha bir voleybolçusunu heyətində saxlamağa qərar verib. Apasport.az saytının məlumatına görə, son 6 ilin dəyişməz Azərbaycan çempionu Puerto-Riko millisinin üzvü Aurea Kruzla müqavilənin müddətini artırıb. 31 yaşlı oyunçu yeni mövsümdə də “Rabitə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Bakı təmsilçisi Aureadan öncə avstraliyalı Reyçel Rurku transfer edib, Katarjina Skorupa (Polşa) və Foluke Akinradevo (ABŞ) ilə müqaviləni uzadıb.