Azərbaycana gəldi, milli komandaya çağırıldı
24.05.2013 - 10:03
Azərbaycana gəldi, milli komandaya çağırıldı
Qadın voleybolçulardan ibarət ABŞ millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Karç Kiray bu il qatılacaqları yarışlarda 33 oyunçunun xidmətindən istifadə edəcəyini bildirib.

Onun müəyyənləşdirdiyi siyahıya Azərbaycan Super Liqasından 5 voleybolçu da daxil edilib. Bunlar Lauren Gibbemeyer, Tamari Miyaşiro (hər ikisi “Lokomotiv”), Lauren Paolini (“İqtisadçı”), Ariel Vilson və Meqan Hodjdur (hər ikisi “Azərreyl”).

Qeyd edək ki, Gibbemeyer Bakı təmsilçisinin yeni transferi olduğu halda, digər oyunçular son mövsümü ölkəmizdə keçiriblər.
0