Yığmamızın oyunçusu Türkiyədə çempion oldu
25.05.2013 - 14:20
Yığmamızın oyunçusu Türkiyədə çempion oldu
Azərbaycan millisinin basketbolçusu Renat Urazayev Türkiyə çempionu olub. Apasport.az saytının məlumatına görə, yığmamızın perspektivli oyunçusu bu uğura şərəfini qoruduğu “Zirvə” universitetinin heyətində imza atıb.

Belə ki, Urazayevin təmsil etdiyi komanda universitetlərarası Türkiyə çempionatının finalında “Turqut Özal” klubu ilə qarşılaşıb. “Zirvə” 89:76 hesablı qələbə qazanaraq, qızıl medallara yiyələnib.