Çin klubu yığmamıza rəqib oldu
13.06.2013 - 17:47
Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanda beynəlxalq turnirdəki rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, iyunun 24-29-da PavlodarDA Nursultan Nazarbayevin şərəfinə keçiriləcək yarışda Faiq Qarayevin rəhbərlik etdiyi yığma ilə yanaşı, 6 komanda mübarizə aparacaq.
Bunlar Qazaxıstanın əsas və ikinci milliləri, Belarusun əsas yığması, Rusiyanın “Uraloçka”, Çinin “Lyaonin” və ABŞ universitetlərinin tələbələrdən ibarət klubudur. Reqlamentə əsasən, komandalar 2 qrupa bölünəcək və ilk 2 yerin sahibləri yarımfinala yüksələcək.
Qeyd edək ki, yığmamız iyunun 4-dən Nabranda təlim-məşq toplanışına başlayıb.

0
0