Yığmamız əsas millilərdən qaçdı
15.06.2013 - 09:27
Yığmamız əsas millilərdən qaçdı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qazaxıstanda qatılacağı beynəlxalq turnirin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığma iyunun 24-29-da Pavlodarda Nursultan Nazarbayevin şərəfinə keçiriləcək yarışda B qrupuna düşüb.

Avropa çempionatının final mərhələsinə hazırlaşan komandamız burada Qazaxıstanın ikinci yığması, Rusiyanın “Uraloçka” və Çinin “Lyaonin” klubları ilə gücünü yoxlayacaq. A qrupunda isə ev sahibləri ilə Belarusun əsas yığmaları və ABŞ universitetlərinin tələbələrdən ibarət klubu münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, reqlamentə əsasən, komandalar 2 qrupa bölünəcək və ilk 2 yerin sahibləri yarımfinala yüksələcək.