Azərbaycana qarşı “azərbaycanlı”
15.06.2013 - 12:34
Belarus millisi Qazaxıstanın Pavlodar şəhərində ölkə prezidenti Nursultan Nazarbayevin şərəfinə keçiriləcək beynəlxalq turnir üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Viktor Qonçarov yarışa əsas heyətlə yollanmayacaq.
Belə ki, təcrübəli mütəxəssis Bakı “Lokomotiv”inin toppaylayıcısı və yığmasının kapitanı Olqa Palçevskaya istirahət verib. Ondan fərqli, Qonçarov açıqladığı “12-liyə” “dəmiryolçular”dan Vera Klimoviçin adını daxil edib.
Qeyd edək ki, Belarus millisi ilə yanaşı, Qazaxıstandakı turnirdə Azərbaycan yığması da mübarizə aparacaq. Komandalar burada ayrı-ayrı qruplarda yer alsalar da, Avropa çempionatının finalında eyni qrupdadırlar.

0
0