Bakı klubu “Qalatasaray”ın oyunçusuna elçi düşdü - EKSKLÜZİV
15.06.2013 - 13:13
Bakı klubu “Qalatasaray”ın oyunçusuna elçi düşdü - EKSKLÜZİV
Çempionlar Liqasında debüt edəcək “İqtisadçı” Serbiya millisinin ulduz voleybolçusu Brizitka Molnarla güclənə bilər. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi son mövsümdə “Qalatasaray”da firma geyinən 28 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Onun “İqtisadçı” ilə tezliklə razılığa qəlib, müqaviləyə imza atması istisna olunmur.

Karyerasına yerli ZOK Klek-də başlayan (2000-2006) Molnar ardınca Rumıniyada “Metal Qalati” (2006-2009), Yunanıstanda “Panatinaikos” (2009-2011) və Yaponiyada NEC klublarının şərəfini qoruyub. 3 dəfə Rumıniya, 2 dəfə Yunanıstan çempionu olan voleybolçu ölkə kuboklarının 4 qat qalibidir. “Metal Qalati” ilə 3 dəfə kuboku başı üzərinə qaldıran Brizitka bu uğura 1 dəfə də “Panatinaikos”la imza atıb. 2012-ci ildə Türkiyə Super kubokunda oynayan serbiyalı sön mövsümdə bu ölkənin çempionatında bürünc medala sevinib.

19 yaşında əsas yığmasına çağrılan (2004-2006-da Serbiya və Çernoqoriya) Brizitka burada Avropa çempionu (2011) və Avropa Liqasının 3 dəfə qalibi (2009, 2010, 2011) olub. Qitə çempionatında həmçinin, gümüş medala yiyələnən (2007) voleybolçu dünya çempionatında (2006) və dünya Qran-prisində (2011) 3-cü olub.

Qeyd edək ki, ötən ilki heyətdən Onuma Sittirakla müqaviləni yeniləyən “İqtisadçı” Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Aleksandra Klineman (ABŞ), Manon Flier (Hollandiya), Valentina Serena (İtaliya) və Lenka Dürrü (Almaniya) transfer edib.