PFL prezidenti: Məgər biz zəifik?
12.07.2013 - 11:36
PFL prezidenti: Məgər biz zəifik?
“Məgər biz zəifik? Biz də bizik. Avrokuboklarda çıxış edən klublarımıza böyük ümidlərim var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O, Avropa Liqasında ilk sınaqdan çıxan klublarımızın II təsnifat mərhələsində də şansları yüksək qiymətləndirib: “Təmiz desək ki, keçən il “Neftçi”nin qrup mərhələsinə düşəcəyinə heç kəs gözləmirdi. Ancaq bu, oldu. Niyə də yenə olmasın? Mən demişəm ki, ən az 2 klubumuza böyük ümidlərim var. Onu da bildirmişdimn ki, hər 3 klubumuz turnirdə ilk mərhələni adlayacaq. Yaxın 5 ildə futbolumuzda nə qədər böyük uğurların olacağını görəcəksiniz. Bizdə reklam işləmir, sponsorlar klublara lazımı diqqət ayırmır”.