Türkiyə yığmasının üzvü Bakı klubunda
17.07.2013 - 12:46
Türkiyə yığmasının üzvü Bakı klubunda
Bakının “Lokomotiv” klubu daha bir voleybolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Türkiyənin “Karşıyaka” klubunda çıxış edən Gizem Giraygili heyətinə qatıb.

180 sm boya malik 27 yaşlı voleybolçu setter mövqeyində çıxış edir. Türkiyə yığmasında da çıxış edən Gizem millidə 59 matç keçirib.

“Karşıyaka”da 1 nömrəli forma ilə çıxış edən setter karyerası boyu vətənində oynayıb. İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu “Emlak TOKİ” (2003/04 və 2005/06), “İller Bankası” (2004/05), “Fənərbaxça” (2007/08), “Qazi Universiteti” (2008/09), “Ereqli Bələdiyə” (2009/10), “Ankaragücü” (2010/11), “Beşiktaş” (2012) klublarında oynayan Giraygil 2012/13 mövsümünü “Karşıyaka”da keçirib.