Azərbaycan kubokunda 14 komanda
17.07.2013 - 15:29
Azərbaycan kubokunda 14 komanda
Bu həftə kişi voleybolçular arasında Azərbaycan kuboku yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, çimərlik voleybolu üzrə yarışda 14 komanda iştirak edəcək.

Azərbaycan kuboku “Yaguar” enerji içkisinin və “Amburan” çimərliyinin birgə sponsorluğu ilə baş tutacaq. İyulun 20-21-də keçiriləcək turnirdə “Sərhədçi-1”, “Sərhədçi-2”, “Yaguar”, “Aztelekom-1”, “Enveroglu invud”, “Əlincə”, “Aztelekom-2”, “Aztelekom-3”, “Masallı”, “Sərhədçi-3”, SOİK-1”, SOİK-2 ilə yanaşı, daha iki rayon komandasının iştirakı gözlənilir.

Yarış Olimpiya sistemi üzrə keçiriləcək. Qalib gələn komandalara sponsorlar tərəfindən kubok və qiymətli hədiyYələr veriləcək.

Qeyd edək ki, qadınlara arasında Azərbaycan kuboku avqustda baş tutacaq.