Yığmamızdan Fransaya 2-ci zərbə
30.07.2013 - 08:28
Yığmamızdan Fransaya 2-ci zərbə
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Türkiyənin ardından Bakıda təlim-məşq toplanışındadırlar.

Hazırlıq çərçivəsində komandamız Fransa millisi ilə də qarşılaşıb. İstanbulda türklərə ardıcıl 2 matçda uduzan voleybolçularımız bu dəfə qələbəyə seviniblər. Belə ki, ilk setdə 25:15 hesabı ilə qalib gələn yığmamız ikinci hissədə rəqibini 25:14 hesabı ilə məğlub edib. Fransalılar ardınca 27:25 hesabı ilə qələbə qazansa da, təmsilçimiz dördüncü setdə matçın yekun hesabını müəyyənləşdirib (25:18) – 3:1.

Qeyd edək ki, əsas millimizdən öncə əvəzedici yığmamız da Fransa yığması ilə qarşılaşmışdı və 3:2 hesabı ilə qalib gəlmişdi.