Bakı klubunda növbəti vida
30.07.2013 - 09:13
Bakı klubunda növbəti vida
“Lokomotiv” xidmətində olmadığı daha bir voleybolçunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son mövsümü uğursuz başa vuran “dəmiryolçular” Ju Kosta (Braziliya), Maret Qrotues (Hollandiya), Tatyana Artmenko (İsrail) və Aneta Havlikovanın (Çexiya) ardından rusiyalı Yuliya Tsvetkova (Andruşka) ilə də müqaviləni uzatmaqdan imtina ediblər.

Rusiyalı voleybolçu isə artıq özünə yeni komanda tapıb. 28 yaşlı 4-cü zona oyunçusu karyerasını vətənində “Xara Morin”də davam etdirəcək. Tsvetkova Ulan-Ude təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, bu voleybolçulardan başqa Bakı klubunun aparıcı üzvü Korina Suşke (Almaniya) də dünya Qran-prisindən sonra analıq məzuniyyətinə çıxacaq.