Azərbaycan çempionu: Beşi gəldi, beşi getdi
30.07.2013 - 09:50
Azərbaycan çempionu: Beşi gəldi, beşi getdi
Azərbaycan çempionu “Rabitə” 2013/2014 mövsümü üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz çempionu qarşıdakı birinciliyə 5 yeni voleybolçu ilə başlayacaq.

Komandanın aparıcı üzvləri ilə müqaviləni yeniləyən Çempionlar Liqasının gümüş mükafatçısı məhz 5 oyunçu ilə də vidalaşıb. Komanda mövsümə, həmçinin yeni baş məşqçi - Angiolino Frigoninin rəhbərliyi altında başlayacaq.

Müqaviləsi uzadılanlar: Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ), Aurea Kruz (Puerto-Riko), İrina Jukova (Ukrayna), Sanya Staroviç, Nataşa Krsmanoviç (hər ikisi Serbiya) və Brenda Kastillo (Dominikan Respublikası)

Gələnlər: Dora Horvat (Macarıstan), Katarjina Skovronska (Polşa), Reyçel Rurk (Avstraliya), Kayla Banvart və Britni Kuper (hər ikisi ABŞ)

Gedənlər: Dobriana Rabadjiyeva (Bolqarıstan), Angelina Qrün (Almaniya), Madeleyne Montano (Kolumbiya), Aleksandra Fomina (Ukrayna), Mira Qoluboviç (Serbiya) və Marçello Abbondanza (İtaliya, baş məşqçi)

Toppaylayıcılar: Skorupa, Jukova
Hücumçular: Kruz, Rurk, Horvat, Skovronska, Staroviç
Blokçular: Krsmanoviç, Akinradevo, Kuper
Liberolar: Kastillo, Banvart

Baş məşqçi: Angiolino Frigoni (İtaliya)