Azərbaycan millisi Fransa ilə yoldaşlıq oyunu keçirəcək
30.07.2013 - 14:08
Avropa çempionatının final mərhələsinə hazırlaşan qadınlardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olan Fransa yığması ilə daha 2 yoxlama matçı keçirəcək. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Faiq Qarayevin yetirmələri mayın 26-dan paytaxtımızda olan qonaqlara qarşı ikinci matçına sabah çıxacaqlar.
Üçüncü görüş isə avqustun 1-nə nəzərdə tutulub. Voleybol Mərkəzindən baş tutacaq oyunlar saat 18:00-da başlayacaq.
Qeyd edək ki, fransızlar artıq millilərimizlə 2 dəfə qarşılaşıb. Əvəzedici komandamıza 2:3 hesabı ilə uduzan rəqib əsas yığmamıza 1:3 hesabı ilə məğlub olub.

0
0