Azərbaycanda oynayır, Almaniya millisinə çağırıldı - FOTO
30.07.2013 - 16:17
Qadın voleybolçular arasında Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Covanni Qudietti dünya Qran-Prisi üçün müəyyənləşdirdiyi yekun siyahıya Azərbaycan Super Liqasından 2 voleybolçunun adını da daxil edib.
Belə ki, mütəxəssis avqustun 2-4-də İtaliyanın Montiçari şəhərində baş tutacaq ilk mərhələdə son mövsümü “Lokomotiv”də oynayan Korina Suşke və “İqtisadçı”nın yeni transferi Lenka Dürrə də şans verəcək. E qrupunda yer alan almanlar ilk 3 görüşdə ev sahibləri, Argentina və Qazaxıstanla oynayacaqlar.
Qeyd edək ki, Suşke Qran-pridən sonra analıq məzuniyyətinə çıxacaq.

0
0