Dünya çempionu Azərbaycandan getməyə qərar verdi
31.07.2013 - 09:42
“Lokomotiv” daha bir voleybolçusunu yola salıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” bu dəfə amerikalı Meri Spayserlə müqaviləni artırmayıb.
Nəticədə qışda “Lokomotiv”ə keçən 26 yaşlı toppaylayıcı ikinci dəfə Azərbaycandan ayrılıb. 2011/2012 mövsümündə “Rabitə”nin də şərəfini qoruyan, onlarla Azərbaycan və dünya çempionu olan Meri karyerasını Çinin “Şanxay” klubunda davam etdirməyə qərar verib. Bugünlərdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir. Yeri gəlmişkən, məhz 2 il öncə “Azərreyl”də (indiki “Azəryol”) oynayan Hizer Brun da bu komandaya transfer olunub.
Qeyd edək ki, “Lokomotiv” Spayserdən öncə Ju Kosta (Braziliya), Maret Qrotues (Hollandiya), Tatyana Artmenko (İsrail), Aneta Havlikova (Çexiya) və Yuliya Tsvetkova (Andruşka, Rusiya) ilə də müqaviləni uzatmaqdan imtina etmişdi. Həmçinin, Bakı klubunun aparıcı üzvü Korina Suşke (Almaniya) dünya Qran-prisindən sonra analıq məzuniyyətinə çıxacağından karyerasında fasilə yaranacaq.

0
0