Bakı klublarının 3 yeni transferi üçün Kampinas sınağı
31.07.2013 - 12:12
Bakı klublarının 3 yeni transferi üçün Kampinas sınağı
Dünya Qran-prisində iştirak edəcək ABŞ-ın qadın voleybolçulardan ibarət millisinin yekun heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karç Kiray 14 nəfərlik siyahıya Bakı klublarının 3 yeni transferinin adını da daxil edib.

O, avqustun 2-4-də baş tutacaq Qran-prinin ilk mərhələsində “Lokomotiv”dən Lauren Gibbemeyerin, “Rabitə”dən Kayla Banvart və “İqtisadçı”dan Lauren Paolinin xidmətindən yararlanacaq. Kiray heyətə son mövsümdə “dəmiryolçular”da oynayan Tamari Miyaşironı da matçların keçiriləcəyi Kampinasa aparmağa qərar verib.

Qeyd edək ki, amerikalılar Braziliya, Polşa və Rusiya ilə eyni qrupdadırlar.