Rəqibimiz təcrübəlilərdən imtina etdi
01.08.2013 - 09:16
Rəqibimiz təcrübəlilərdən imtina etdi
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin qrupunda Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Yuri Mariçev qitə birinciliyindən öncə mübarizə aparacaqları dünya Qran-prisində gəncləri sınamağı qərara alıb.

Liderlərin qatılmayacağı yarışın ilk mərhələsinə ruslar Braziliyada çıxacaqlar. Onlar Kampinasda ev sahibləri, ABŞ və Polşa ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Blokçular: Mariya Borodakova (“Dinamo” Kazan), İrina Zaryajko (“Uraloçka”), Anastasiya Şlyaxovaya (“Omiçka”).

Hücumçular: Tatyana Koşelyeva (“Dinamo” Moskva), Aleksandra Pasınkova, Viktoriya Çaplina (hamısı “Uraloçka”), Natalya Obmoçayeva (“Dinamo” Moskva), Darya İsayeva (“Fakel”), Natalya Malıx (“Zareçye-Odintsovo”).

Toppaylayıcılar: Yekaterina Pankova (“Zareçye-Odintsova”), Anna Matiyenko (“Dinamo” Krasnodar).

Libero: Anna Malova (“Ufimoçka”).