Azərbaycan çempionunun yeni transferi Braziliyada
01.08.2013 - 09:27
Azərbaycan çempionunun yeni transferi Braziliyada
Qadın voleybolçular arasında Polşa millisinin dünya Qran-prisi üçün heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Pyotr Makovski avqustun 2-si start götürəcək yarış üçün yekun heyətə “Rabitə”dən də oyunçu daxil edib.

Belə ki, Braziliya, ABŞ və Rusiya ilə eyni qrupda mübarizə aparacaq polşalılara Azərbaycan çempionun yeni transferi Katarjina Skovronska köməklik edəcək. Heyətdə həmçinin, “Azərreyl”in sabiq üzvləri – Milena Radeçka və Karolina Kosek də yer alıb.

Qeyd edək ki, ilk mərhələnin oyunları Kampinasda olacaq.