Abbondanza üçün 2 “azərbaycanlı”
01.08.2013 - 09:56
Abbondanza üçün 2 “azərbaycanlı”
“Rabitə”nin sabiq baş məşqçisi Marçello Abbondanza dünya Qran-prisinə aparacağı Bolqarıstan millisinin yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis son mövsümdə işlədiyi Azərbaycan Super Liqasından 2 voleybolçunu da siyahıya salıb.

Bunlar “Lokomotiv”in liberosu Mariya Filipova və “Azəryol”un yeni transferi Lora Kitipovadır. 14 nəfərlik heyətdə həmçinin, “Rabitə”nin sabiq oyunçusu Dobriana Rabadjiyeva da var.

Qeyd edək ki, Bolqarıstan ilk mərhələdə Çin, Kuba və Hollandiya ilə eyni qrupda yer alıb.