Azərbaycan çempionu qalmaqal yaratdı
01.08.2013 - 12:36
“Rabitə” klubunun sabiq üzvü Madeleyne Montana Beynəlxalq Voleybol Federasiyasına (FİVB) şikayət edib. Apasport.az saytının məlumatına görə, kolumbiyalı hücumçu Bakı təmsilçisinin ona olan son ödənişini gecikdirməsindən narazı qalıb. 30 yaşlı legionerin əmək haqqı iyulun 31-dək köçürülməli olsa da, voleybolçu bunun gerçəkləşdiyindən xəbərsiz olub.
Belə ki, “Rabitə” hazırda “Qalatasaray”a transfer olunan cənubi amerikalının pulunu ayın 17-də köçürüb. Amma Montano bunu dəqiqləşdirmədən FİVB-ə müraciət edib. Məsələ ilə bağlı apasport.az saytına açıqlama verən klubun idman direktoru İlqar İmamquliyev rəsmi ödəniş sənədinin artıq Montanaya göndərildiyini və özünün araşdırmalı olduğunu deyib:
“Rabitə” voleybol klubu iyulun 31-də Montanodan telefonla sms aldı ki, son ödənişi olmayıb və bunun üçün FİVB-ə şikayət edib. Açığı, bu, bizi çox təəccübləndirdi. Çünki Montonanın son ödənişi iyulun 17-də köçürülmüşdü. Biz bunu voleybolçuya bildirdikdə, hesabına pulun “oturmamasını” dedi. O, mesajı dünən axşam yolladığı üçün bu gün səhər həmin məsələni bir daha araşdırdıq. Məlum oldu ki, bank ödənişi iyulun 17-də edilib. Bu sənədi də rəsmi şəkildə voleybolçunun özünə yolladıq. Ödəniş kağızı rəsmi şəkildə isbatlayır ki, “Rabitə” oyunçu qarşısında öhdəliyini yerinə yetirib. Bunu isə nəsə təkzib edə bilməz. Çünki bu rəsmi sənəddir və bank tərəfindən verilib” – deyə, İmanquliyev bildirib.
Klub rəsmisinin sözlərinə görə, kolumbiyalı legioner komandanın onu Asiyadan Avropaya gətirməsini, məhz Bakı klubunda parlamasını unutmamalıdır: “Sənəd Montanoya göndərildi ki, araşdırsın. İndiyədək heç bir voleybolçu ilə aramızda belə söhbət olmayıb. Əlimizdə ödənişin olması barədə rəsmi sənəd var. İyulun 31-də FİVB-ə şikayət etdiyini deyir. Ən azından o, və ya hüquqşünası son günlə bağlı xəbərdarlıq edə bilərdi. Bu olsaydı, biz də pulu köçürdüyümüzü deyəcəkdik və ən azından söhbət bu yerə gəlib çatmayacaqdı. Amma məsələni dəqiq bilmədən, klubun imicinə zərbə vurmaq və ya hansı məqsədlə bu addım atdığını başa düşə bilmirik. Çünki onun üçün mövsüm boyu əlimizdən gələni etmişik. Yəni, oyunçunun bizə xəbər etməməsi, FİVB-ə sənədləri yollaması, xəbəri xarici KİV-ə çıxarması bizim özümüzü də çox təəccübləndirib. Yalnız bundan sonra bizə xəbər edib. Həmin vaxt isə onun şikayət etməyə heç bir ixtiyarı yox idi”.
İmanquliyev lazım gələrsə, müəyyən addımların atılacağını da bildirib: “Bu, imicimizə zərbə vurmaq məqsədi daşıya bilər. Sözsüz ki, biz də məsələyə görə müəyyən addımlar atacağıq. Oyunçuya rəsmi sənədi göndərmişik, əgər o pulun çatmadığını deyirsə, məsələni həmin bankla araşdırmalıdır. Çünki o sənədə əsasən son ödəniş edilib. Əfsuslar olsun ki, bu bank və maliyyə sənədi olduğuna görə onu mətbuata açıqlaya bilmirik. Lakin Rabitə” şikayətdən 2 həftə öncə ona son ödənişi etməsi FİVB-ə və lazımı orqanlara da göndəriləcək. Ola bilər pul gedib gec çatıb, bəlkə də hələ çatmayıb və ya bir müddət sonra çatacaq. Ən azından əlimizdə möhürlü sənəd var. Amma yaddan çıxarmaq olmaz ki, pul hesaba oturmasaydı, bu barədə bank bizə bildiriş göndərir”.
Qeyd edək ki, Azərbaycan çempionu olan Montano “Rabitə” ilə Çempionlar Liqasının finalçısı və bombardiri olub.

0
0