“Rabitə”nin yeni transferindən möhtəşəm göstərici - FOTO
01.08.2013 - 14:14
“Rabitə”nin yeni transferindən möhtəşəm göstərici - FOTO
Qadın voleybolçular arasında keçirilən “VTV Eximbank Cup 2013” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın ən dəyərli oyunçusu adını (MVP) “Rabitə”nin yeni transferi Reyçel Rurk qazanıb.

Avstraliyalı ulduz yığmasının 5-ci yeri tutmasında böyük pay sahibi olub. Belə ki, 4-cü zona oyunçusu əsasını “İqtisadçı”nın voleybolçuları təşkil etdiyi Tailand millisi ilə görüşdə nə az, nə çox – 44 xal toplayıb. O, həmçinin az öncə Azərbaycan yığmasına qalib gələn Qazaxıstanla qarşılaşmada da fərqlənib və rəqibdən 41 xal alıb.

Turnirin qalibi finalda Vyetnama qalib gələn Çinin “Tsyansu” klubu olub.

Qeyd edək ki, Rurk Madeleyne Montanonun gedişindən sonra onun mövqeyinə alınıb və 3 illik müqavilə imzalanıb.