Hollandiya millisində 3 tanış sima
01.08.2013 - 17:09
Hollandiya millisində 3 tanış sima
Qadın voleybolçulardan ibarət Hollandiya millisinin Qran-pri üçün yekun heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “narıncılar”ın baş məşqçisi Qido Vermeulen açıqladığı “14-lüyə” yeni mövsümdə də Azərbaycanda oynayacaq oyunçunun adını daxil edib.

Belə ki, “Azəryol”u “İqtisadçı”ya dəyişən Manon Flier ilk mərhələdə Bolqarıstan, Çin və Kuba ilə matçlarda millisinə yardımçı olacaq. Komandada həmçinin ölkəmiz üçün tanış simalar - Maret Qrotues və Quinta Stenbergen də var.

Qeyd edək ki, matçlar Makauda olacaq.