Bakı klubunda italiyalı məşqçi
02.08.2013 - 10:39
“Azəryol” klubunun yeni məşqçisi italiyalı olacaq. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi Ancelo Vercesinin istəyi ilə “Skavolini”nin çalışdırıcısı Ançe Karlinonu braziliyalıya köməkçi təyin edib.
Onunla artıq 1 illik müqavilə imzalanıb. Komanda özünü yeni mövsümdən yaxşı göstərəcəyi halda, hər 2 mütəxəssisin “Azəryol”da müqaviləsi artırıla bilər.
Yeri gəlmişkən, Vercesi ilə Karlino Apennin yarımadasında birgə çalışıblar və bir-birlərinin iş prinsipinə yaxşı bələddirlər.
Qeyd edək ki, braziliyalı 2011/2012 mövsümündə “Bakı”da işləyəndə də özünə əsas köməkçini məhz İtaliyadan gətirmişdi və onun gedişi ilə Marko Qaspari də vətəninə dönmüşdü.

0
0