Yığmamız Qazaxıstanı məğlub etdi – YENİLƏNİB
07.08.2013 - 22:05
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin VIII qrupunda mübarizəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Polşada keçirilən qrupun oyunlarında çıxış edən Azərbaycan milli komandası son matçına çıxıb.
İlk 2 görüşündə darmadağınla üzləşən Siyasət Əsgərovun yetirmələri qrup sonuncusu Qazaxıstanla qarşılaşıb. Yığmamız seçmə mərhələni sonuncu pillədə bitirməmək üçün ən azı heç-heçə etməli idi.
Beləliklə komandamız Kader Alimova və Yasminne Gluicin qolları ilə rəqibini 2:0 hesabı ilə məğlub edərək yarışı üçüncü yerdə tamamlayıb.
2 matçda 12 cavabsız qol buraxan yığmamız autsayderlə qarşılaşmada təsəlli qələbəsini qazanmağa da borclu idi. Çünki qazaxıstanlılar 1 oyunda 0:10, digərində 0:9 hesabı ilə uduzmaqla daha zəif olduqlarını göstərib.
7 avqust
Azərbaycan – Qazaxıstan - 2:0
QOL: Alimova, 33, Yasminne Gluic, 57.
Baş hakim: Marianna Svendsen (Danimarka)
Kedzierjin-Kozle. Kuzniçka stadionu
Avstriya – Polşa - 1:0
QOL: Kofler, 36
Baş hakim: Vivian Peters (Hollandiya)
Brzeq. Mosir Brzeq stadionu

1 | Avstriya | 2 | 2 | 0 | 0 | 17-0 | 6 |
2 | Polşa | 2 | 2 | 0 | 0 | 14-0 | 6 |
3 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 0-12 | 0 |
4 | Qazaxıstan | 2 | 0 | 0 | 2 | 0-19 | 0 |
0
0