Baku Open 2013 turnirinin qalibləri müəyyənləşdi - FOTO
08.08.2013 - 22:11
Baku Open 2013 turnirinin qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan Basketbol Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2013-cü il avqustun 6-da Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı məktəbin idman meydançasında 3X3 basketbol üzrə "Baku Open-2013" turniri keçirilib. Apasport.az saytının məlumatına görə. Turnirdə oğlanlardan və qızlardan ibarət 23 komanda iştirak edib.

Bu yarışda qızlardan ibarət 12-16 yaş qrupunda "Neftçi" İSM-nin 4 komanda qarşılaşıb. Turnirin qalibi dairəvi sistemlə müəyyən olunub.
I yer Neftçi-2
II yer Neftçi-1
III yer Neftçi-3
IV yer Neftçi-Məşəl

Oğlanlardan ibarət U15 qrupunda 8 komanda iştirak edib. Komandalar iki qrupda dairəvi sistemlə mübarizəni aparıblar. Hər qrupdan I və II yerləri tutan komandalar yarımfinala çıxıb. Finalda III yer uğrunda "Grazy Team" 2-1 hesabıyla "Street Dribblers" komandasını məğlub edib. I yer uğrunda görüşdə "Atena basket" komandası 3-1 hesabıyla Sabuncu Uşaq Gənclər İdman Məktəbin yetirmələrınə qalib qəlib.
I yer "Atena basket"
II yer Sabunçu UGİM
III yer "Grazy Team"
IV yer "Street Dribblers"

Oğlanlardan ibarət U18 qrupunda 11 komanda mübarizəyə qoşulmuşdu. Komandalar 4 qrupda dairəvi sistemlə yarışıblar. Hər qrupdan iki komanda 1/4 finala cıxıb. Finalda III yer uğrunda "The Mubareks" 6-4 hesabıyla "Street kihgs" komandasını məğlub edib. I yer uğrunda görüşdə "Sabuncu UGİM-1"in yetirmələri gərgin mübarizədə 4-5 hesabıyla "Renat" komandasına uduzub.
I yer "Renat"
II yer Sabunçu UGİM-1
III yer "The Mubareks"
IV yer "Street kihgs"

Qaliblər ABF-in pul mükafatı və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və diplomları ilə təltif ediliblər.
Turnir zamanı azarkeşlərlə müsabiqə keçirilib. Ən fəal azarkeşə ABF tərəfindən basketbol topu hədiyyə edilib. (Mənbə: basketball.az)