Andre Meyer Azərbaycan çempionatını izləyəcək
09.08.2013 - 09:36
Andre Meyer Azərbaycan çempionatını izləyəcək
Avqustun 14-də Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və vitse-prezidenti Yan Xronik Azərbaycana səfərə gələcək. Voleybol Federasiyasının apasport.az saytına verilən məlumata görə, qurum rəhbərləri paytaxtımızda bir sıra rəsmi görüşlər keçirəcək.

Belə ki, onların gəlişi zamanı Milli Olimpiya Komitəsi və Gənclər, İdman Nazirliyində 2015-ci ildə Avropa Oyunları da müzakirə mövzusu olacaq.

Meyerlə Xronik, həmçinin avqustun 14-15-də çimərlik voleybolu üzrə Azərbaycan çempionatını da izləyəcək.