Natalya Məmmədova: Medallar uğrunda mübarizə aparmaq şansımız var
09.08.2013 - 12:28
“Rusiyada son mövsümdə demək olar ki, bütün matçlarda meydanda oldum. Sağlamlığım normal idi, lakin ağır mövsüm həmişə özünü göstərir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.
Ulduz oyunçu müəyyən müddətdir Avropa çempionatının final mərhələsinə hazırlaşan millimizə qoşulub. O komandamızın təlim-məşq toplanışına gec gəlməsinin səbəblərini Rusiyanın məşhur “sport-express” portalına açıqlayıb. “Omiçka”nın da şərəfini qoruyan Məmmədova bildirib ki, vaxtını son 2 ayda ABŞ-da həm istirahətə, həm müalicəyə, həm də formasının bərpasına “xərcləyib”: “Köhnə zədələr yenidən üzə çıxır. Buna görə də yayda sağlamlığımla məşğul oldum. 2 ay ABŞ-da müalicə kursu keçdim, bərpa olundum. Məşqçi ilə işlədim. Mövsümə hazırlığı da orada başladım. Demək olar ki, hər gün 3 saat çimərlik voleybolu oynayırdım. İsti düşənə qədər işləyirdim, axşam isə idman zalına gedirdim. Ümid edirəm ki, bunların hamısı mənə xeyir verəcək və vaxtında lazımı formanı yığacam”.
Yığmamızın hücumçusu gələn ay start götürəcək Avropa çempionatının final mərhələsi ilə bağlı proqnozunu da verib: “Avropa çempionatında aşkar favorit görmürəm. Komandaların çoxunda nəsil dəyişmə prosesi gedir. Medallar uğrunda mübarizə aparmaq şansımız var və məhz buna nail olmağa çalışacağıq. Bu məqsəd bizi birləşdirir”.
Qeyd edək ki, millimiz final mərhələsinin qrupunda Rusiya, Xorvatiya və Belarusla eyni qrupda yer alıb.

0
0