Mövsümün hazırlığına 6 oyunçu ilə start
13.08.2013 - 15:57
Azərbaycanı CEV kubokunda təmsil edəcək “Lokomotiv”in yeni mövsümün hazırlığına başlayacağı tarix bilinib. Apasport.az saytının məlumatına görə, ötən ili titulsuz başa vuran “dəmiryolçular” avqustun 25-də bir araya gələcəklər.
Komanda yeni argentinalı baş məşqçi Kladio Kuellonun rəhbərliyi altında Türkiyədə təlim-məşq toplanışına start verəcək.
“Lokomotiv”in aparıcı voleybolçuları millilərinin heyətində Qran-pridə oynadıqlarından və ya Avropa çempionatının final mərhələsinə hazırlaşdığından Boluda olacaq məşqlərdə 6 oyunçu iştirak edəcək. Bunlar Valdone Petrauskayte (Litva), Aleksis Krimes, Uitni Dosti (hər ikisi ABŞ), Aleksandra Samoylova (Rusiya), Katarina Barun (Xorvatiya) və Gizem Giraygilidir (Türkiyə).
Qeyd edək ki, ilk təlim-məşq toplanışı sentyabrın 10-na kimi nəzərdə tutulub və yoxlama matçı planlaşdırılmır.

0
0