“Arda “Atletiko”da qalacaq”
14.08.2013 - 02:11
“Atletiko”nun futbolçusu Arda Turanın meneceri Ahmet Bulut oyuçunun karyerası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatına danışan Bulut 26 yaşlı yarımmüdafiəçinin yeni mövsümdə də Madrid klubunda çıxış edəcəyini deyib.
Ardanın meneceri futbolçunun hələlik heç bir kluba keçməyəcəyini bildirib: “Ardanın müqaviləsində 24 milyon avroya başqa kluba keçə biləcəyi ilə bağlı maddə var. İndiyə kimi bu dəyəri heç bir klub təklif etməyib, amma bu məbləğə yaxın təkliflər olub. Bundan əlavə “Atletiko” klubunun Ardaya ehtiyacı var və futbolçu da Avropada qalmaq istəyir”.
Qeyd edək ki, Türkiyəli futbolçunun yenidən sabiq klubu “Qalatasaray”a qayıdacağı ilə bağlı mətbuatda xəbərlər yayılıb.

0
0