“Bütün dünya bilir ki, planetin ən yaxşısı Azərbaycan çempionudur”
14.08.2013 - 16:48
Qadın voleybolçular arasında dünya Qran-prisinin II mərhələsinin yekununa əsasən ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız mərhələnin 10 ən güclü oyunçusunun siyahısını açıqlayıb.
Azərbaycan milli komandasının iştirak etmədiyi yarışda Super Liqanın bir sıra üzvləri ölkəmizi layiqincə təmsil edə bilir. Onlardan biri – Brenda Kastillo “10-luq”da da yer almağı bacarıb.
Belə ki, Dominikan Respublikasının şərəfini qoruyan 21 yaşlı libero 20 yığmanın mübarizə apardığı turnirdə öz bacarığını bir daha sübut edib. “Rabitə” ilə Azərbaycan çempionu olan amerikalının çıxışı “championat.com”un mütəxəssislərinin diqqətindən yayınmayıb: “Balaca dominikalıya faydalılığını və bacarığını göstərməyə heç ehtiyac yoxdur. Onsuz da bütün dünya bilir ki, bu ampluada planetin ən yaxşısı Brendadır. Mövqe seçməsi, inanılmaz reaksiyası və topu hiss etməsi təbiətin ona bəxş etdikləridir. Ona yalnız bütün bunları məşqlərdə təkmilləşdirmək qalır”.
Qeyd edək ki, Dominikan Respublikası ilk 2 mərhələdə baş tutan 6 matçdan sonra 11 xalla 10-cu yerdə gedir.

0
0