İlk dəfə Azərbaycanda - EKSKLÜZİV
14.08.2013 - 17:00
“Azəryol” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsüm üçün iddiasını artıran Bakı təmsilçisi İtaliya millisinin hücumçusu Çyara di Yulio ilə danışıqları müsbət yekunlaşdırıb.
28 yaşlı voleybolçu son mövsümün gümüş mükafatçısı ilə 1 illik müqaviləyə imza atıb.
Hazırda millisinin heyətində Qran-pridə çıxış edən 183 sm boya malik Yulio “Azəryol”a 2 ildir şərəfini qoruduğu məşhur “Foppapedretti”dən transfer olunub. Çyaranın karyerası kifayət qədər zəngindir.
Belə ki, “Marruviana” (1996-1999), “Tortoreto” (1999-2000), “Montesilvano” (2000-2001), “Viçentsa” (2001), “Padova” (2001-2003), “Peruca” (2003-2006), “Skavolini” (2006-2007), “Forli” (2007-2008), “Nosera Umbra” (2008-2009) və “Urbino”nun (2009-2011) formasını geyinən ulduz oyunçu ilk dəfə legioner həyatını ölkəmizdə yaşayacaq.
O, Bakıya gələnədək, İtaliya çempionu, ölkə kuboku (hər ikisi 2005), liqa kuboku (2006) və ölkə Superkubokun (2006, 2011) qalibi adını qazanıb. Çempionlar Liqasının (2006) və CEV kubokunun (2005, 2011) qızıl mükafatçısıdır. İtaliyalı 2011-ci ildə CEV kubokunun ən dəyərli voleybolçusu da seçilib.
2010-cu ildən əsas yığmasına çağırılan hücumçu 2 dəfə Aralıq Dənizi Oyunlarının qalibi olub. O, Qran-priyədək 26 matçda İtaliya yığmasının heyətində meydana çıxıb.
Qeyd edək ki, “Azəryol” daha öncə Cessika Cons, Cennifer Doris, Tom Loqan (hər ikisi ABŞ), Lizvel Eliza Eve-Kastilyo (Dominikan Respublikası), Lora Kitipova (Bolqarıstan), Polina Rəhimova, Oksana Parxomenko, Kseniya Kovelenko, Yana Ağayeva, Odina Əliyeva və Valeriya Korotenko (hamısı Azərbaycan) ilə də müqavilə bağlayıb.

0
0