Yığmamız gücünü İsveçrəyə də göstərdi
15.08.2013 - 09:00
Avropa çempionatının final mərhələsinə hazırlaşan qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçiriblər.
Belə ki, komandamız Bakıda təlim-məşq toplanışı keçən İsveçrə millisi ilə gücünü yoxlayıb. Voleybolçularımız rəqiblərinə heç bir şans verməyərək 3:1 (25:22, 25:19, 22:25, 25:14) hesabı ilə qalib gəliblər. Qələbənin ardından daha 1 qısa set oynayan yığmamız yenə rəqibini məğlub edib – 15:12.
Qeyd edək ki, bundan öncə voleybol Federasiyasının dəvəti ilə İran və Fransa milliləri də Bakıya gəlmişdi. İsveçrəlilərlə daha bir neçə matçın keçirilməsi də nəzərdə tutulub.

0
0