Rivero Almaniyanı Azərbaycandan üstün tutdu - FOTO
16.08.2013 - 10:10
İspaniya millisinin voleybolçusu Cessika Riveronun yeni mövsümdə Almaniyada oynayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 18 yaşlı 4-cü zona oyunçusunun “Telekom”la müqavilə imzalayacağı gözlənilsə də, o, Azərbaycan Super Liqasında oynamayacaq.
Belə ki, 180 sm boya malik Rivero 2013/2014 mövsümünü “Postam”da keçirəcək. Voleybolçu artıq 1 illik rəsmi müqaviləyə imza da atıb.
Qeyd edək ki, “Telekom”un bu il heyətinə qatdığı kubalı Yudit Pumarieqa de Leon da az öncə avtoqəzada dünyasını dəyişmişdi.

0
0