CEV-in I vitse-prezidenti yığmamızı mükafatlandırmaq istəyir
16.08.2013 - 16:49
“Müxtəlif yarışlardan sonra mükafatları adətən mən təqdim edirəm. Amma Azərbaycan yığmasını mükafatlandırmağımı xatırlamıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Voleybol Konfederasiyasının (CEV) I vitse-prezidenti Yan Xronik deyib.
Bakıda səfərdə olan funksioner gələn ay Almaniya və İsveçrədə keçiriləcək Avropa çempionatı haqda fikirlərini açıqlayıb. Xronik qadınlardan ibarət Azərbaycan yığmasını da ilk “üçlük”də görmək istəyir. Çünki bunun gerçəkləşməsi vitse-prezident üçün ilklə əlamətdar olacaq: “Çox istərdim ki, yığmanızın üzvlərinin də mükafatlarını verim. Əgər bunu gələn ay keçiriləcək Avropa çempionatında edə bilsəm, çox yaxşı olar”.
Qeyd edək ki, 2005-ci ildən Avropa çempionatlarının final mərhələlərinin daimi iştirakçısı olan yığmamızın ən yaxşı nəticəsi 4-cü yerdir.

0
0