Yığmamız İsveçrəni məğlub yola saldı
19.08.2013 - 09:02
Yığmamız İsveçrəni məğlub yola saldı
Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçularımız Bakıda keçirilən beynəlxalq turnirin qalibi olublar. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri hər 3 görüşünü inamlı qələbə ilə başa vurublar.

Belə ki, ilk matçda “Uraloçka”ya 3:0 (25:20, 25:20, 27:25) hesabı ilə qalib gələn komandamız ikinci sınağında əvəzedici heyəti ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də “quru hesabla” (25:21, 25:20, 25:21) qələbə qazanıblar. Üçüncü oyununda Avropa çempionatının ev sahiblərindən biri olan İsveçrə ilə gücünü yoxlayan millimiz yenə məğlub olmayıb – 3:1 25:21, 16:25, 25:20, 26:24).

İkinci yeri yalnız əsas komandaya uduzan əvəzedicilər qazanıb. “Uraloçka”nın 3-cü olduğu turnirdə İsveçrə yığması sonuncu olub.