“Rabitə” hazırlığa start verdi
20.08.2013 - 08:59
“Rabitə” hazırlığa start verdi
Azərbaycan çempionu “Rabitə” yeni mövsümün hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yeni baş məşqçisi Angiolino Frigoninin rəhbərliyi altında ilk təlim-məşq toplanışına Bakıda start verib.

Komandanın bir neçə oyunçusu millisinin düşərgəsində olduğundan məşqlərə qatılmır. İlkin olaraq, fiziki hazırlıq üzərində çalışan “Rabitə” ardınca Türkiyəyə səfər etməyi planlaşdırır. Komanda orada beynəlxalq turnirdə də iştirak edəcək.

Qeyd edək ki, “Rabitə”nin bu mövsüm əsas hədəfi Çempionlar Liqasını qazanmaqla, Azərbaycan voleybolunda ilkə imza atmaqdır.